SƏBAİL RAYONUNDA HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ CÜDO ÜZRƏ YARIŞLAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Səbail Rayon Gənclər və İdman İdarəsi Bakı şəhər 9 nömrəli uşaq-gənclər idman məktəbi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş cüdo birinciliyi keçirmişdir.
Turnirdə 2 yaş qrupunda - 1993-1994 və 1995-1996-cı il təvəllüdlü 256 idmançı 9 çəki dərəcəsində mübarizə aparmışdır. Yekunda müxtəlif çəkilərdən olan 18 idmançı qalib gəlmiş, daha 54 cüdoçu mükafata layiq yerləri tutmuşdur.
Yarışların təntənəli bağlanışı mərasimində çıxış edənlər iştirakçıları qarşıdan gələn Yeni il və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etmiş, onlara təhsildə və idmanda uğurlar arzulamışlar.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Rayonda ilin sonunadək idmanın başqa növləri üzrə də yarışların keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]