Şəbəkə məcburi köçkünlərin xidmətindədir
Bakı, 12 may (AZƏRTAC). Taxtakörpü qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin normal yaşayış təminatlarını ödəmək məqsədi ilə 552 evdən ibarət müasir tipli qəsəbə salınır. Ərazidə 2 orta məktəb binası, mədəniyyət evi, uşaq bağçası, idman kompleksi tikilir, yanğından mühafizə idarəsi yaradılır. Qəsəbədə 10 kilovoltluq (kV) xətlərin inşası başa çatdırılmışdır. Burada bütün mənzillərin smart-kart tipli sayğaclarla təchiz edilməsi nəzərdə tutulur. Həmçinin 110 kV-luq yarımstansiyanın tikintisi də yekunlaşma mərhələsindədir. Burada hərəsinin gücü 10 meqavat-amper olan iki transformator istismar ediləcəkdir. Yeni yarımstansiya işə qoşulduqdan sonra ötürülən elektrik enerjisinin keyfiyyəti daha da yüksələcəkdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, hazırda qəsəbədə 12 mindən çox məcburi köçkün yaşayır. Burada 30 ticarət-xidmət obyekti, 84 büdcə təşkilatı, Ağgöl dövlət qoruğu, həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC-yə məxsus 14 nasos stansiyası vardır. Su nasosları idarəsinə məxsus 7 subartezian quyusu fəaliyyət göstərir.
Daimi əhali qrupunun və digər istehlakçıların elektrik enerjisi ilə təchizatı ümumi uzunluğu 286 kilometrdən çox olan 10 kV-luq, 236 kilometrdən çox 0,4 kV-luq və 13 kilometrdən çox 35 kV-luq hava xətti vasitəsilə təmin olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]
“Brent” neftinin qiyməti 100 dolları ötüb
- 09.09.2026 [12:47]