Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbuhi Həsənov: Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi-tranzit əhəmiyyətini daha da artıracaq

Səbuhi Həsənov: Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi-tranzit əhəmiyyətini daha da artıracaq

Naxçıvan, 28 oktyabr, Rauf Kəngərli, AZƏRTAC

Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, region ölkələrinə iqtisadi imkanları artırmağa da şərait yaradacaq. Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi əməkdaşlıq platforması da region ölkələrinə yeni perspektivlər vəd edir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Şərq qapısı” qəzetinin şöbə müdiri Səbuhi Həsənov deyib.

O qeyd edib ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı iki qardaş ölkənin başçıları tərəfindən Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması bu dəhlizin açılmasını tezliklə reallaşdırmaq istiqamətində mühüm tarixi hadisə oldu. Həmin gün Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etdilər. Dövlətimizin başçısı çıxışında bu tarixi hadisəni belə dəyərləndirdi: “Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”.

Azərbaycan və Türkiyə respublikalarının prezidentlərinin bu il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarını da xatırladan Səbuhi Həsənov bildirib ki, həmin vaxt da bu məsələdən ətraflı bəhs olunub. Zəngəzur dəhlizi layihəsinə xüsusi önəm verilməsinin səbəbi də dəhlizin Azərbaycan və Türkiyə üçün məxsusi əhəmiyyət daşımasından irəli gəlir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyanatında Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bildirib. Yeri gəlmişkən, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin davamı kimi, Naxçıvan-Qars dəmir yolunun tikintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb. Nəzərə alaq ki, hazırda qardaş Türkiyə Respublikasının Mərkəzi Asiya ölkələri və dünyanın ikinci böyük iqtisadi gücü sayılan Çinlə xarici ticarət dövriyyəsi (Mərkəzi Asiya ölkələri ilə 6 milyard, Çinlə 21 milyard təşkil edir) durmadan artır və qardaş ölkənin yaxın illərdə bu həcmi artıracağı da artıq mühüm hədəf kimi qarşıya qoyulub. Bu dəhliz, eyni zamanda Çinin “Bir kəmər, bir yol” layihəsinin davamı kimi də dəyərləndirilir. Belə ki, Zəngəzur dəhlizi Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradır.

“Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi hər iki qitə arasında mühüm iqtisadi tərəfdaşa çevirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də buradan keçməsini nəzərə alsaq, Azərbaycan dünyanın ən nəhəng logistik qovşaqlarından birinə çevrilməklə, təkcə dünya iqtisadi sistemində deyil, qlobal siyasi müstəvidə də əlavə nüfuz qazanacaq”, - deyən Səbuhi Həsənov qeyd edib ki, bu dəhliz ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya əlaqələrini tamamilə bərpa edəcək. Bu il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Prezidenti Ordubad rayonunda olarkən deyib: “Mən təsadüfən Ordubad dəmiryol stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 56-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasına baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıb, talan edib. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

“Şərq qapısı” qəzetinin şöbə müdiri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası 30 ilə yaxın blokada dövründə özünün möhkəm iqtisadi əsaslarını yaradıb. Belə ki, bölgədə tikinti və nəqliyyat infrastrukturu tamamilə yenilənib, avtomobil və dəmir yolları yenidən qurulub, mühüm sənaye və kənd təsərrüfatı müəssisələri yaradılıb. Muxtar respublika ərazisi mühüm faydalı qazıntı yataqları ilə zəngin olduğundan və kənd təsərrüfatının hərtərəfli inkişafı yaradılan istehsal müəssisələrinin demək olar ki, hamısının yerli xammalın emalı və istehsalı bazası üzərində qurulmasına imkan verib. Nəticədə, ötən dövrdə burada mühüm aqrar-sənaye istehsalına nail olunub. Yəni, Naxçıvanın ixrac potensialı xeyli artıb. Təbii ki, Zəngəzur dəhlizinin açılması muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcminin artmasına da böyük təsir göstərəcək. Çünki daşınma xərclərinin aşağı düşməsi muxtar respublikanın ixrac qabiliyyətini daha da genişləndirəcək. Burada mühüm istiqamətlərdən biri də yerli xidmətlərimizin ixracı ilə bağlıdır. Məlumdur ki, imkanlardan asılı olaraq milli iqtisadiyyatlar beynəlxalq xidmət bazarına müxtəlif çeşiddə xidmətlər təklif edə bilirlər. Bu xidmətlərə turizm və səyahət, rabitə, nəqliyyat, tikinti, maliyyə, biznes və sair daxildir. Bu sahələrin özü də çoxsaylı xidmət çeşidlərini özündə birləşdirir. Məsələn, reklam və bazar araşdırmaları, hüquq, mühasibatlıq, ictimai əlaqələr, İT xidmətləri, bank əməliyyatları və sair. Eləcə də rabitə, tikinti, bank-maliyyə və digər istiqamətlər üzrə də muxtar respublikanın əməkdaşlıq əlaqələrini genişləndirəcək.

Muxtar respublikanın investisiya cəlbediciliyinə də diqqət çəkən Səbuhi Həsənov bildirib ki, Naxçıvan ənənəvi sahələrlə yanaşı, innovativ investisiya layihələri (bərpa olunan enerji mənbələri, texnologiya parkları, ağıllı regional idarəetmə mərkəzləri və sair) üçün də əlverişlidir və artıq bu sahədə müəyyən təcrübələr var, o zaman regiona biznes maraqlarının artacağı da şübhəsizdir. Eyni zamanda müxtəlif sahələr üzrə yerli mütəxəssislərin yetişməsi də yeni biznes layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bütün bunlar isə yaxın illərdə muxtar respublikanın iqtisadi əlaqələri ilə yanaşı, xidmət sektorunda da əməkdaşlığının inkişafına öz müsbət təsirini göstərəcək.

“Şərq qapısı” qəzetinin şöbə müdiri deyib: “Heç şübhəsiz ki, bu dəhlizin açılması, Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol Naxçıvanı yeni tranzit qovşağına çevirməklə diyarımızın Şərqin qapısı kimi iqtisadi-tranzit əhəmiyyətini daha da artıracaq, muxtar respublikamızın sosial-iqtisadi inkişaf baxımından daha böyük uğurlar qazanmasına səbəb olacaq. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz, bir illiyini qeyd edəcəyimiz Tarixi Zəfər təkcə hərbi qələbə kimi deyil, gələcək möhtəşəm iqtisadi uğurları, beynəlxalq əməkdaşlıq çərçivəsindəki nailiyyətləri ilə də tarixə öz möhürünü vurmuş olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və müstəqil məhkəmə sisteminin institusional təməlləri

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO