SƏDDAM HÜSEYNİN ŞƏXSİ FOTOQRAFI ONUN SAĞ OLDUĞUNU İDDİA EDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Səddam Hüseynin şəxsi fotoqrafı Feysəl əl-Übeydi iddia edir ki, İraqın devrilmiş prezidenti Səddam Hüseyn sağdır və ölkə ərazisindədir. O, dekabrın 2-də “Əş-Şərq əl-Övsət“ qəzetinə müsahibəsində bildirmişdir: “Amerikalılar Bağdadı ələ keçirəndən iki həftə sonra mən onunla Kərkük yaxınlığında görüşmüşəm”.
Onun sözlərinə görə, oğulları Udey və Küsey öldürüldükdən sonra şəxsi təhlükəsizliyi İraq liderini daha çox narahat edir. Yaxın ətrafının ABŞ hökumətinin onun başına qoyduğu 25 milyon dollara şirniklənəcəyindən ehtiyatlanan Səddam Hüseyn köməkçilərini daim dəyişdirir.
Əl-Übeydi demişdir ki, o, öz həyatı bahasına da olsa, keçmiş rəhbərinə xəyanət etməzdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]