Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş

Sədərək, 12 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək, bu gün muxtar respublikada şahmatın inkişafı üçün hər bir şəraitin yaradıldığını, yeni şahmat məktəblərinin tikilərək istifadəyə verildiyini deyib. Bildirilib ki, eyni zamanda, Naxçıvanda, uşaq və yeniyetmələr arasında şahmatın kütləvi hal alması üçün tədbirlər görülür, məktəblərdə şahmat dərsləri tədris olunur. Buna baxmayaraq, federasiyanın işində müəyyən çatışmazlıqlar da var. Bunları aradan qaldırmaq məqsədilə federasiya cari ildən başlayaraq muxtar respublikanın bütün şəhər və rayonlarında silsilə tədbirlər keçirir, valideyn, idmançılar və məşqçi-müəllimlərlə görüşlər təşkil olunur. Ötən ay ilk dəfə olaraq Şərur rayonunda belə bir tədbir təşkil olundu və öz bəhrəsini verdi. Belə ki, şahmatçılarımız Astara şəhərində keçirilən Azərbaycan çempionatının seçmə mərhələsində uğurla çıxış edərək, final mərhələsinə 11 vəsiqə qazandılar. Sədərək rayonunda da şahmatın inkişafı üçün imkanlar yaradılıb, şahmat məktəbi üçün müasir standartlara cavab verən bina tikilib. Yaradılan şəraitdən səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarmaq və uğur qazanmaq qarşıda duran əsas vəzifə olmalıdır. Bu məqsədlə federasiya rayon icra hakimiyyəti və Gənclər və İdman Nazirliyi ilə birgə mütəmadi olaraq tədbirlər təşkil edir, çatışmazlıqların vaxtında aradan qaldırılmasına çalışır.

Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov qeyd edib ki, ötən il dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı tapşırıqlar verilib, qarşıya mühüm vəzifələr qoyulub. Sədərək Rayon İcra Hakimiyyəti də bu məsələni diqqətdə saxlayıb, rayonda gənclərin şahmata cəlbi sahəsində işlər görülüb. Həmçinin şahmat idman növünün kütləvi hal alması üçün federasiyanın rayon bölməsi ilə birgə tempo yarışlar təşkil edilib, şahmatçılarımız muxtar respublika birinciliklərində mübarizə aparıblar.

Sonra federasiyanın sədr müavini Emin Hacıyev Sədərək rayonundakı fəal şahmatçılar haqqında məlumat verib.

Şahmat Federasiyasının sədri Seymur Talıbov şahmatın inkişafında müəllim və valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirərək deyib ki, şahmat məşqlərində uşaqların istedadının üzə çıxarılması əsas şərtdir. Bu iş müəllimləri daha çox düşündürməlidir. Hazırda Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərində şahmat dərsləri keçilir, şahmatçılar, eləcə də müəllimlər üçün hər bir şərait yaradılıb. Bundan səmərəli istifadə edib istedadlı uşaqları üzə çıxarmaq, onları şahmat məktəblərinə cəlb etmək lazımdır. Valideynlər bu idman növünü təbliğ etməli, uşaqların şahmata cəlbinə nail olmalıdırlar. Çünki uşaqlar şahmat məktəblərində bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də asudə vaxtlarını səmərəli keçirirlər. İstedadlı, uğur qazanan idmançılar barədə isə federasiyaya məlumat verilməli, onlarla xüsusi olaraq məşqlər keçirilməlidir.

Seymur Talıbov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə də qeyd olunduğu kimi, dövlət tərəfindən qayğı və diqqətin göstərilməsinə baxmayaraq, Şahmat Federasiyasında hələ də nöqsanlar var. Bu nöqsanların aradan qaldırılması üçün müəllimlərlə tez-tez görüşlər keçiriləcək. Hər ay rayon şahmat məktəbləri gördükləri işlərlə bağlı federasiyaya məlumat verəcəklər. Sədərək rayonunda şahmatın kütləviliyi üçün hər bir imkan var. Şahmat məktəbində rayondaxili və kəndlərarası yarışlar keçirilməli, tempo turnirlər təşkil olunmalı, istedadlı uşaqlar yarışlara cəlb edilməlidir. Azərbaycan çempionatına vəsiqə qazanan şahmatçılar arasında sədərəkli idmançılar da olmalıdır. Bu idmançılar digərlərinə nümunə göstərilməli, valideynlərlə təbliğat işi aparılmalı, şahmatın müsbət tərəfləri onlara aşılanmalıdır.

Müəllimlərdən Qələndər Əliyev, Həsən Rzayev və İlqar Məmmədov çıxış edərək mövcud vəziyyət haqqında Şahmat Federasiyasının sədrinə məlumat verib, fikir və təkliflər dinlənilib. Şahmat məktəbinin direktoru Elman Əliyev isə məktəb barədə məlumat verib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, verilən tapşırıqların icrası məqsədilə Şahmat Federasiyası qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün bir sıra işlər görüb. Şərur rayonundan sonra artıq federasiya rəhbərliyi Sədərək rayonunda da idmançılar və məşqçi-müəllimlərlə görüş keçirir. Bu, muxtar respublikada şahmata, onun inkişafına nə qədər önəm verildiyinin göstəricisidir.

Sonda Şahmat Federasiyasının sədri Seymur Talıbov məşqçi-müəllimlərə işlərində uğurlar arzulayaraq bildirib ki, muxtar respublika rəhbəri tərəfindən idmana hər zaman diqqət və qayğı göstərilir. Biz də qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışmalı, fəaliyyətimizi artırmalı, istedadlı uşaqların şahmatın sirlərinə daha da dərindən yiyələnməsi üçün çalışmalıyıq.

Görüşdən sonra federasiya sədri şahmat məktəbində yerləşən elektron lövhə, kompüter və dərs sinifləri ilə tanış olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB VİDEO

TDT-yə üzv və müşahidəçi ölkələrin ümumi ÜDM-i 2,4 trilyon ABŞ dollarını ötüb

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO

Paytaxtdakı 6 nömrəli məktəb-liseydən 144 nəfər məzun olur VİDEO