Şəhər və rayonlarda sınaq imtahanı keçirilmişdir
Bakı, 16 may (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin müvafiq qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 15-də növbəti sınaq imtahanı keçirmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağstafa, Gədəbəy, Şirvan, Lənkəran, Quba, Masallı, Salyan, Balakən, Qax, Ağcabədi, Göyçay, İsmayıllıda, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Sədərək, Şərur və Şahbuz rayonlarında təşkil olunmuşdur.
Nəticələr Komissiyanın internet saytında yerləşdiriləcəkdir. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də öyrənə biləcəklər. Belə ki, nəticələr elan olunduqda Azercell şirkəti ilə yanaşı, Bakcell mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə imtahan nəticələrini öyrənə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]