Şəhid Şahin Əsgərovun qəhrəmanlığından bəhs edən kitab çap olunub
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı Hacı Tofiq Seyidzadənin “Zəngəzur qartalı şəhid Şahin Əsgərovun qəhrəmanlığı” adlı kitabı çap olunub.
AZƏRTAC xəbər verir ki, Şahin Əsgərovun göstərdiyi qəhrəmanlıqdan bəhs edən kitabda şəhidin döyüş yolu faktlara əsaslanaraq qələmə alınıb.
Kitaba “Ön sözü” siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov yazıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının Aprel döyüşlərinə həsr olunmuş tədbirlərinin birində şəhidin anası Rəfiqə Əsgərova oğluna həsr olunmuş kitabı kitabxanaya hədiyyə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]