Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
İsmayıllı, 25 noyabr, AZƏRTAC
İsmayıllıda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya şəhər bələdiyyəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) İsmayıllı nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb. İsmayıllıdakı Zəfər bağı adlanan parkda təşkil olunan ağacəkmədə gənc könüllülərlə yanaşı, şəhid valideynləri də iştirak ediblər.
Parkda 50 ədəd ağac əkilib.