ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Respublikamızda səfərdə olan İtaliya xarici işlər nazirinin müavini xanım Marqarita Boniver iyulun 16-da Şəhidlər xiyabanını ziyarət etmişdir.
Marqarita Boniver Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini ehtiramla yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Ziyarət zamanı qonağı İtaliyanın Bakıdakı səfiri xanım Marqarita Kosta müşayiət edirdi.