SƏHİYYƏ MÜƏSSİSƏLƏRİNDƏ TİBBİ MÜAYİNƏ ÜÇÜN MÜASİR KOMPYUTERLƏR QURAŞDIRILACAQDIR
AZƏRTAC xəbər verir ki, yaxın günlərdə Gəncənin tibb müəssisələrində müasir maqnit-rezonans və tomoqrafiya kompyuterlərinin quraşdırılmasına başlanacaqdır.
Şəhər həkimlərinin iştirakı ilə keçirilmiş seminar-treninqdə həmin aparatların imkanları, işlədilməsi qaydaları barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, respublikamızın iqtisadi qüdrəti artdıqca digər sahələr kimi, səhiyyənin də müasirləşdirilməsində imkanlar genişlənir. Son illər bölgələrdə tikilən yeni səhiyyə ocaqlarında quraşdırılan müasir tibb avadanlığı insanların əlavə vəsait xərcləyib mərkəzə getməsinin qarşısını almışdır.
Tədbirdə Beynəlxalq Radioloqlar Assosiasiyasının üzvü Yunis Əfəndiyev iştirakçıların suallarını cavablandırmış, həkimlərə təlimat vəsaitləri paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]