Şəki Regional Elmi Mərkəzi “ABAD” ilə əməkdaşlıq edəcək
Bakı, 2 aprel, AZƏRTAC
“ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs ilə AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında “ASAN peşə” layihəsi çərçivəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, memorandum ŞREM-in alimləri tərəfindən regionda ipəkçilik, logistika və texnologiya, bağçılıq və tütünçülük sahələri üzrə təlimlərin təşkili, yüksəkixtisaslı kadrların hazırlanması və təcrübə mübadiləsinin aparılması məqsədi daşıyır.
Sənədi “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü imzalayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:15]
Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]