ŞƏKİ TAXILÇILARI CARİ İLİN MƏHSULU ÜÇÜN MÖHKƏM ZƏMİN YARATMIŞLAR
Şəki, 11 yanvar (AZƏRTAC). 2008-ci ildə respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin fermer təsərrüfatlarında cari ilin məhsulu üçün rekord miqdarda- 87,8 min hektarda payızlıq taxıl əkilmişdir. Əkin sahələrinin 71,7 min hektarını buğda, 16,1 min hektarını isə arpa təşkil edir. Əvvəlki illə müqayisədə rayonda taxıl əkini sahələri 18,8 min hektar artmışdır.
Şəhər icra hakimiyyətindən bildirmişlər ki, Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərarı rayonda buğda əkininə marağı daha da artırmışdır. Bunun nəticəsidir ki, son iki ildə buğda əkini sahələri əvvəlki illərlə müqayisədə 2,5 dəfəyə yaxın, o cümlədən cari ildə 42 faiz artmışdır.
Taxıl əkini zamanı bütün aqrotexniki qaydalara ciddi əməl olunmuş, şum altına kifayət qədər azot və fosfor gübrələri verilmişdir. Yeni ilin ilk günlərindən havaların şaxtalı və qarlı keçməsi də fermerlərin ürəyincədir. Bu, onu göstərir ki, cari ildə də taxıl sahələrində məhsuldarlıq ötənilki kimi yüksək olacaqdır. Xatırladaq ki, 2008-ci ildə Şəkidə rekord miqdarda- 211 min ton taxıl və 9 min tondan artıq dənlik qarğıdalı istehsal olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]