Şəki və Ağdaşda vətəndaşlardan sanitar rejim qaydalarına əməl etmələri tələb olunub
Bakı, 9 may, AZƏRTAC
Şəki və Ağdaş Rayon Polis şöbələrinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara sanitar rejimin tələbləri izah olunub, onlardan sosial məsafənin qorunması, tibbi maskadan istifadə etmələri tələb edilib. Həmçinin, marşrutlarda olan sərnişinlərlə, hərəkətdə olan piyadalarla maarifləndirici söhbətlər aparılıb. Polis əməkdaşları tərəfindən vətəndaşlara tibbi maska paylanıb.