ŞƏKİ XAN SARAYINDA DİVAR RƏSMLƏRİNİN BƏRPASINA BAŞLANILACAQDIR
Keçən il Almaniyanın Dentmal Pfleqe Myeçklenburq Şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin ilin avqust ayından başlayaraq Şəki Xan Sarayının bərpası üzrə bir sıra hazırlıq işləri görülmüşdür. Mədəni irsin qorunması Layihəsinin işçi qrupundan bildirmişlər ki, burada əsas kommunikasiya işləri başa çatdırılmış, divarın rəng qatları və tərkibi müəyyənləşdirilmiş, divar rəsmlərinin mühafizəsini təmin etmək üçün müvafiq tədbirlər görülmüşdür. Sarayın bünövrəsi möhkəmləndirilmiş, döşəmənin bəzi hissələri dəyişdirilmişdir. Hazırda şəbəkələrin bərpası ilə bağlı işlər davam etdirilir. Almaniyanın bərpaçı rəssamları artıq Azərbaycana gəlmişlər. Onlar yerli bərpaçı rəssamları da bu işə cəlb etməklə iyulun 15-dən divar rəsmlərinin bərpasına başlayacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]