ŞƏKİDƏ ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ ÜÇÜN TƏLİMLƏR KEÇİRİLİR
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi, “Mobil Operator Azərbaycan” MMC gənclərə karyeralarının qurulması və inkişaf etdirilməsində kömək məqsədi ilə “Karyera uğrunda” Gənclər Təhsil Proqramını həyata keçirməyə başlamışlar.
Proqramın reallaşdırılmasında Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Gənclər və İdman nazirlikləri də yaxından iştirak edirlər. Proqram çərçivəsində respublikamızın müxtəlif şəhərlərində ali məktəb tələbələri üçün “Karyeranın inkişafı” mövzusunda təlimlər təşkil olunur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki Şəhər Gənclər və İdman İdarəsindən bildirmişlər ki, iyulun 26-da telekommunikasiya qovşağının konfrans zalında “Karyera uğrunda” Gənclər Təhsil Proqramı təşkilatçılarının iştirakı ilə növbəti təlimlərə start verilmişdir. Təlimlərdə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının III-IV kurs tələbələri və magistrlər iştirak etmişlər.
Proqramın əlaqələndiricisi Şahin Seyidzadə təlimlərin tələbələrə gələcəkdə karyeralarını inkişaf etdirməsi üçün qeyri-akademik bilik və bacarıqlar əldə etmələrinə imkan yaratmaq məqsədi daşıdığını bildirmiş, proqram çərçivəsində artıq Bakı, Gəncə və Lənkəran şəhərlərində ikigünlük təlimlərin keçirildiyini nəzərə çatdırmışdır.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 10.10.2026 [10:57]
Nazir: Azərbaycan idmana böyük maraq göstərir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]