ŞƏKİDƏ RABİTƏNİN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Şəki Telekommunikasiya Qovşağından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonun Dərəcənnət kəndində 128 nömrə tutumu olan yeni elektron ATS tikilir. Qovşağın daxili imkanları hesabına inşa edilən ATS-də Türkiyənin “Karel” şirkətinin istehsalı olan müasir avadanlıq quraşdırılacaqdır. Bir müddət əvvəl Aydınbulaq kəndində istifadəyə verilən 256 nömrəlik yeni elektron ATS Əliyar və Aşağı Daşağıl kəndləri sakinlərinin müasir rabitə xidmətləri ilə təminatını da xeyli yaxşılaşdırmışdır.
Mövcud ATS-lərin nömrə tutumlarını genişləndirmək üçün də tədbirlər görülür. Bu ilin birinci rübündə Dəhnə kəndindəki elektron ATS-in tutumu qovşağın daxili imkanları hesabına 256 nömrə genişləndirilmişdir. Yaxın günlərdə Baş Zəyzid kəndindəki ATS-in tutumu 512 nömrə genişləndirilərək, 1024-yə çatdırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:03]
Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib
- 16.10.2026 [12:01]
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır
- 16.10.2026 [11:55]
Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb
- 16.10.2026 [11:51]
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir
- 16.10.2026 [11:39]
Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]