Şəkili fermerlər indiyədək 3912 ton quru tütün istehsal ediblər
Şəki, 1 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək rayonda 3 min 912 ton quru tütün istehsal olunub. Qurudulmuş tütünün 2 min 360 tonu bu günədək istehsalçılar tərəfindən tədarük müəssisələrinə satılıb və hazırda proses davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, builki mövsümdə Şəki rayonunun təsərrüfatlarında 1241 hektar sahədə tütün əkilib. Torpaq mülkiyyətçiləri bu il 383 hektar sahədə “Virciniya botaniki”, 858 hektarda isə yerli tütün sortları yetişdiriblər. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 133 hektar artıb. Hazırda rayonun tütünçülük təsərrüfatlarında 1200 nəfərdən çox kənd sakininin məşğulluğu təmin edilib. Rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində 246 ədəd tütünqurutma kamerası var. Eyni zamanda, yerli tütün sortları istehsalçılar tərəfindən ipə düzülərək də qurudulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3 min 815 ton quru tütün əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]