SEMİNAR SOSİAL PROBLEMLƏRƏ HƏSR OLUNMUŞDUR
Komitədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminarda dini icmaların rəhbərləri və nümayəndələri “HİV/AİDS-ə qarşı cavab tədbirlərində dini qurumlar üçün imkanların yaradılması” mövzusunda söhbəti dinləmişlər. Bu sahədə həyata keçiriləcək pilot layihəsinin əsas fəaliyyət istiqamətləri, problemlərin həllinə dini icmaların kömək göstərməsi yolları, HİV/AİDS Resurs Mərkəzi ilə dini icmalar arasında əlaqələr yaradılması, gündəlik informasiya mübadiləsi, pilot layihəsi çərçivəsində dini liderlərin təlimi məqsədi ilə iştirakçıların seçilməsi, müvafiq mövzular üzrə treninq, seminar və konfransların təşkili üçün birgə fəaliyyət məsələləri müzakirə olunmuşdur.