ŞƏMKİR SES SİLSİLƏSİNİN BİR NÖMRƏLİ HİDROAQREQATINDA TƏMİR-BƏRPA İŞLƏRİ ÜÇÜNCÜ RÜBDƏ YEKUNLAŞACAQDIR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Şəmkir SES silsiləsinin 190 meqavat gücündə 2 nömrəli hidroaqreqatı sel sularının qəbulu və ötürülməsi üçün hazırdır. 1 nömrəli hidroaqreqatda isə təmir-bərpa işləri bu ilin üçüncü rübündə başa çatdırılacaqdır.
Stansiyada indiyədək 12 transformator, 330/110 kilovoltluq 12 hava açarı, 6 kompressor təmir edilmişdir.
Silsilənin tərkibinə daxil olan Yenikənd SES-də hər birinin gücü 37,5 meqavat olan 4 hidroaqreqat normal işləyir. Burada 110 kilovoltluq 5 açar, müxtəlif gücə malik 12 transformator yoxlanılmışdır.
Aşkara çıxarılan nasazlıqlar operativ surətdə aradan qaldırılmışdır. Hazırda stansiyanın bütün avadanlıq və qurğuları normal texniki rejimdə işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]