ŞƏMKİRDƏ SAHİBKARLAR ASSOSİASİYASI YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkir rayonunda sahibkarların hüquqlarının müdafiəsi, yersiz müdaxilələrin qarşısının alınması və iş adamlarının maarifləndirilməsi məqsədi ilə Sahibkarlar Assosiasiyası yaradılmışdır. Təsis konfransında çıxış edən iş adamları Dövlət Proqramının həyata keçirilməsində sahibkarların rolundan, habelə maliyyə qaynaqlarından düzgün istifadə olunması, kreditlərin alınması və vaxtında ödənilməsi, biznes planlarının tərtibi məsələlərində yeni yaranan qurumun qarşısında duran vəzifələrdən danışmışlar. Sonda assosiasiyanın fəaliyyət proqramının hazırlanması üçün işçi qrup yaradılmışdır.