Şengen sazişinə dəqiqləşdirmələr turist vizalarının sahiblərinə şamil edilməyəcəkdir
Bakı, 12 may (AZƏRTAC). Şengen sazişinə dəqiqləşdirmələr turist-Şengen vizası sahiblərinə əsla təsir göstərməyəcəkdir.
İTAR-TASS agentliyi bu informasiyanı Aİ Şurasının daxili işlər və ədliyyə nazirləri səviyyəsində Brüsseldə keçirilən iclasında, qeyri-rəsmi söhbətlər zamanı məlumatlı mənbədən almışdır.
Görüşün əsas mövzusu Şengen sazişinin mətninə dəqiqləşdirmələrin edilməsinə dair Avropa Komissiyasının təkliflərinin müzakirəsidir.
Bu dəqiqləşdirmələr birlik dövlətlərinin Avropa İttifaqı daxilində öz milli sərhədlərində nəzarəti bərpa etmələrinə imkan verəcək şərtləri dəqiq göstərməlidir.
Diskussiya bu ilin fevralında iğtişaşlar və münaqişələrə bürünmüş Şimali Afrika ölkələrindən on minlərlə qaçqın ordusu ilə üzləşmiş Avropa İttifaqının miqrasiya böhranı qarşısında Fransa Prezidenti Nikola Sarkozinin təşəbbüsüdür. Şengenə dəqiqləşdirmələr təsdiq edilsə, Avropa İttifaqının bir və ya bir neçə ölkəsi öz sərhədlərində nəzarəti müvəqqəti bərpa etsə, həmin ölkələrin turistləri sərhədi adlayarkən əlavə pasport nəzarətindən keçəcəklər.
Turist-Şengen vizaları sistemində heç bir dəyişiklik edilməyəcəkdir. Əgər Şengen vizası varsa, onun sahibi sənədləri yoxlandıqdan sonra Avropada səyahətini rahat davam etdirəcəkdir.
Mənbə Şengen vizalarının verilməsi prosedurlarının sərtləşdirilməsi və ya dəyişdirilməsini tamamilə istisna etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]