Sentyabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə və gündüz 18-23° isti, Bakıda gecə və gündüz 18-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 21-22°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 15-20° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperatur gecə 17-22°, gündüz 24-29° isti olacaqdır.
Masallı, Yardımlı,Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı vardır.
Temperaturun gecə 20-23°, gündüz 22-27° isti, dağlarda gecə 11-16°, gündüz 17-22° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 10-da Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı 2 gün ərzində meteoroloji amillərin zəif və mülayim dəyişikliyi gözlənilir.