Sentyabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə 15-19°, gündüz 21-26° isti, Bakıda gecə 16-18°, gündüz 22-24° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 761 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz isə 65-75 faiz təşkil edəcəkdir.
Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 21-22°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx və Sahildə 23-24° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı və gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 22-27° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı və gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 11-16°, gündüz 20-25° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 9-14°, gündüz 18-23° isti təşkil edəcəkdir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Günün ikinci yarısında yağış tədricən kəsiləcəkdir.
Temperaturun gecə 14-19°, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 15-19°, gündüz 20-25° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti təşkil edəcəkdir.