Sentyabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-21°, gündüz 25-29° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 762 millimetr civə sütunu, nisbi rütubət gecə 79-80 faiz, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 7-12°, gündüz 18-23° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-22°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, dağlarda duman olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-21°, gündüz 25-28° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacaqdır.