CƏMİYYƏT
Sentyabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 16-20°, gündüz 25-30° isti, Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacaqdır.
Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 79-80 faiz, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 22-23°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx və Sahildə 24-25° isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 27-32° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 18-23° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 13-18°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 18-21°, gündüz 25-30° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.