Sentyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 18-21°, gündüz 25-30° isti, Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaqdır.
Atmosfer təzyiqi norma daxilində 762 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 13-18°, gündüz 29-34° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-14°, gündüz 20-24° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-21°, gündüz 26-31° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 15-20°, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava yağmursuz keçəcəkdir.
Temperaturun gecə 17-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 18-21°, gündüz 26-31° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və havada rütubətliyin nisbətən çoxluğu bəzi meteohəssas insanlarda diskomfort yarada bilər.