Sentyabrın 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
sentyabrın 23-dən 24-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi, sentyabrın 24-də gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 18-20°, gündüz 25-27° isti, Bakıda gecə 18-20°, gündüz 25-27° isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 762 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz , gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
gecə və səhər bəzi yerlərdə yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 11-16°, gündüz 24-29° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimalı vardır.
Temperatur gecə 5-10°, gündüz 13-18° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacaq, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 21-26° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 15-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 18-20°, gündüz 24-28° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacaqdır.
Tibbi-meteorloji proqnoz
Sentyabrın 24-də Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Sentyabrın 25-də meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 26-da atmosfer təzyiqinin kəskin yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsizdir.