Sentyabrın 4-dən Portuqaliyada siqaret kötüklərinə görə cərimə tətbiq olunub
Lissabon, 4 sentyabr, AZƏRTAC
Portuqaliyada siqaret kötüklərinə görə 50-250 avro arasında cərimə tətbiq olunub.
AZƏRTAC Portuqaliya KİV-lərinə istinadla xəbər verir ki, küçəyə atılmış siqaret kötüklərinə görə böyük məbləğdə cərimələrin nəzərdə tutulduğu qanun sentyabrın 4-də qüvvəyə minib. Siqaretçəkmə üçün nəzərdə tutulan yerlərin ətrafına atılmış siqaret kötüklərinə görə əyləncə müəssisələrinin sahiblərini cəzalandırmaq da planlaşdırılır. Cərimələrin məbləği 25-250 avro arasında olacaq. Bu, layihənin təşəbbüskarlarının daha əvvəl təklif etdikləri məbləğdən aşağıdır.
Portuqaliya parlamentinin “İnsanlar-heyvanlar-təbiət” partiyasından olan deputatı Andre Silva qanunu pozanlar üçün 500 avrodan 9 min avroyadək cərimə tətbiq olunmasını təklif etmişdi.
Yeni qanun belə tullantıların ətraf mühitə təsiri haqqında əhalini məlumatlandırmağı hakimiyyət orqanlarının öhdəsinə qoyur. Bundan əlavə, bütün restoran və əyləncə müəssisələrində tütün tullantılarının utilizasiyası üçün külqabılar və avadanlıq olmalı, müəssisənin beş metr radiusda ətrafı siqaret kötüklərindən təmiz olmalıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]