“Sərhəd” hərbi-idman oyununun zona birinciliyi
Naxçıvan, 14 may (AZƏRTAC). Naxçıvan Sərhəd Diviziyasında “Sərhəd” hərbi-idman oyunu üzrə muxtar respublika zona birinciliyi keçirilmişdir.
Naxçıvan MR Gənclər və İdman, Təhsil nazirliklərinin və Naxçıvan Sərhəd Diviziyasının birgə təşkil etdikləri birincilikdə 6 komanda mübarizə aparmışdır. Komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maskalanma, kəndirin dartılması, maneələrin dəf edilməsi və digər mərhələdə öz məharətlərini göstərmişlər. Gərgin mübarizədən sonra Ordubad internat məktəbinin komandası I yeri tutmuşdur. Naxçıvan şəhərindəki 15 nömrəli orta məktəbin və Culfa rayonunun Yaycı kəndindəki 1 nömrəli orta məktəbin komandaları II, III yerləri bölüşmüşlər.
Xatırladaq ki, I yeri tutan komanda Lənkəranda keçiriləcək “Sərhəd” hərbi-idman oyununun final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Komandalar Naxçıvan MR Gənclər və İdman, Təhsil nazirliklərinin diplomları, Naxçıvan Sərhəd Diviziyasının diplom və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]