“Sərhədçi” komandası mini-futbol üzrə beynəlxalq turnirdə üçüncü yeri tutmuşdur
Bakı, 16 may (AZƏRTAC). Odessada Azərbaycan, Ukrayna, Moldova, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Rusiya sərhədçilərinin və gömrük işçilərinin komandaları arasında mini-futbol üzrə beynəlxalq turnir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, həmin yarışlarda ölkəmizi Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” komandası təmsil etmişdir.
“Çernomorets” məşq bazasında 21 komanda ən güclü kollektiv adı uğrunda mübarizə aparmışdır. Azərbaycan təmsilçiləri turnirin ilk günü Rumıniya futbolçularına 8:1 hesabı ilə qalib gəlmiş, elə həmin gün Moldova komandası ilə qarşılaşmışdır. Bu görüşü 1:1 hesabı ilə heç-heçə başa vurmuş “Sərhədçi” yarımfinala çıxmışdır. Bu mərhələdə Azərbaycan komandasının rəqibi Ukrayna sərhədçilərinin güclü komandası olmuşdur. “Sərhədçi” komandası bu qarşılaşmada rəqibə 0:2 hesabı ilə uduzmuşdur.
Azərbaycan komandası 3-4-cü yerlər uğrunda mübarizədə Ukrayna gömrükçülərinə qalib gəlmiş və turnirin bürünc medalını qazanmışdır.
Finalda isə Ukrayna və Moldova sərhəd idarələrinin yığmaları qarşılaşmışlar. Ukrayna sərhədçiləri oyundan sonrakı 11 metrlik cərimə zərbələrində rəqibi cəmi 1 top üstələməklə turnirin qalibi olmuşlar.
Turnir Avropa İttifaqının Moldova və Ukraynaya sərhəd köməyi üzrə missiyası və Ukrayna Dövlət Sərhəd Xidməti tərəfindən təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:53]
Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
- 09.09.2026 [15:22]
“Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
- 09.09.2026 [14:57]
“Kəpəz”in kapitanı məşq zamanı zədələnib
- 09.09.2026 [14:39]
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
- 09.09.2026 [14:19]
“Araz-Naxçıvan”ın futbolçusu Burundi millisinə çağırılıb
- 09.09.2026 [13:59]
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
- 09.09.2026 [13:32]