Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərqşünaslığımızın sönməyən ulduzu

Şərqşünaslığımızın sönməyən ulduzu

Avqustun 27-si akademik Vasim Məmmədəliyevin doğum günüdür

Bakı, 27 avqust, AZƏRTAC

Ümumislam mədəniyyətinin yaradıcılarından olan Azərbaycan xalqının mütəfəkkir və alimləri əsrlər boyu bu mədəniyyətə qiymətli töhfələr verərək onu zənginləşdiriblər. Bu zəka və ziya sahiblərinin yaratdığı əsərlər onların adlarını İslam mədəniyyəti tarixinə, eləcə də Azərbaycan xalqının tarixinə əbədi həkk edib. Akademik Vasim Məmmədəliyev məhz belə alimlərdəndir. Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalı və şəxsiyyətə xas səciyyəvi xüsusiyyətləri onu fenomen şəxsiyyətlər sırasına daxil edib. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti ilə yetişən akademik Vasim Məmmədəliyev həm elmi ictimaiyyət və xalq arasında, həm də Vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazanıb.

Bu fikirlər AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Şərqşünaslığımızın sönməyən ulduzu” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. O, 1959-cu ildə Bakının 113 saylı orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə qəbul olub, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurub. 1964-1967-ci illərdə BDU-nun sami dilləri üzrə əyani aspiranturasına qəbul olub, Tbilisiyə ezam edilərək aspiranturanı orada akademik G.Seretelinin rəhbərliyi altında bitirib. Alim 1968-ci ildə “Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili” mövzusunda namizədlik, 1974-cü ildə isə “Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1979-cu ildə BDU-nun Ərəb filologiyası kafedrasının professoru olub, 1981-1991-ci illərdə isə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə isə həmin ali məktəbin humanitar fakültələr üzrə prorektoru vəzifəsində çalışıb. Vasim Məmmədəliyev 1991-ci ildən ömrünün sonuna qədər BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. Azərbaycanın və Rusiya Federasiyasının Dağıstan Respublikasının Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlığı Təşkilatının Müsəlman Hüququ Akademiyasının akademiki və Azərbaycanın orada təmsilçisi, İranın Beynəlxalq Əhli-Beyt Assosiasiyası və Türkiyənin Elmi Araşdırmalar Vəqfinin üzvü olub. Elm və təhsildə səmərəli fəaliyyətinə görə “Şöhrət” və “Şərəf” ordenləri, “Yusif Məmmədəliyev” və İran İslam Respublikasının “Şəhriyar” qızıl medalı ilə təltif edilib, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb.

Alimin işıq üzü görmüş son biblioqrafiyasında onun 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, elmi və publisistik məqalələrinin sayı 650-yə yaxındır. Akademik V.Məmmədəliyev “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. Onun elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına əsaslı zəmin yaradır. Alimin bu əsərlərində bir sıra məsələlər müxtəlif sami dilləri ilə müqayisəli şəkildə araşdırılıb, klassik ərəb dilinin materiallarına müraciət olunub, həmçinin Azərbaycan, rus, ingilis, fars, tacik və sair dillərin faktlarından müqayisəli şəkildə istifadə olunub. Eyni zamanda, ərəb dilçilik elminin təşəkkülü haqqında yeni mülahizələr irəli sürülüb, müasir dilçiliyin bir sıra cərəyanlarının mövzu ətrafında fikir və mülahizələri geniş təhlil olunub.

V.Məmmədəliyev kökləri orta əsrin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısı idi. Əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində Şərq filologiyası və poeziyası, İslam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq olunub və o, bu sahələrdə də qiymətli əsərlərin müəllifidir. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi SSRİ-də yüksək səviyyəli şərqşünas mütəxəssislər hazırlayan məktəb imicini qazanıb. Dünyanın hər yerində Ələsgər Məmmədov kimi ərəbşünas alim-pedaqoqun məktəbinin məzunları seçilib-sayılan ərəbşünaslar hesab edilirdi. Bu məktəbin nümayəndəsi, sonralar isə akademik G.Seretelinin nəzəri məktəbini keçmiş Vasim müəllim universal biliklərə sahib ərəbşünas kimi formalaşmışdı. Klassik və müasir dilçiliyin bir çox nümayəndələrinin əsərlərinə dərindən vaqif olan və onlara yaradıcı şəkildə şərh verməyi bacaran, dilin ruhunu və məna dünyasını dərk edən Vasim müəllim məhz bu istiqamətdə araşdırmalar aparmağa üstünlük verib.

Görkəmli akademik ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq edib, məşhur Bağdad, Əndəlüs, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənib. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh edib.

Vasim Məmmədəliyev özünün “Ərəb dilçiliyi” fundamental əsərində ilk dəfə olaraq “ərəb dilçiliyinin Azərbaycan məktəbi” ifadəsini işlədib və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübuta yetirib. Ümumiyyətlə, akademikin “Ərəb dilçiliyi” monoqrafiyası nəinki müvafiq sahənin ən ümdə məsələlərinin mükəmməl tədqiqi, həmçinin ümumi dilçilik elminin inkişafına təkan verən mühüm bir hadisə kimi dəyərləndirilməlidir. Ərəb qrammatika elminin təşəkkülü və onun məktəblərinin öyrənilməsinə həsr olunmuş bu fundamental əsər Vasim müəllimin dünya şərqşünaslığına layiqli töhfəsidir. Təsadüfi deyil ki, akademikin bir sıra beynəlxalq elmi konfrans və yığıncaqlardakı məruzələri həmişə sanballı elmi nəticələri ilə ərəb dili mütəxəssislərinin böyük marağına səbəb olub.

Görkəmli şərqşünas alim Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarından olub. Akademikin vaxtilə rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayıb. Respublikamızda islamla bağlı mövhumat xarakterli ədəbiyyatın yayılmasının qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın yaradılması çox önəmli hadisə idi. Təsadüfi deyil ki, belə bir mötəbər şuraya məhz Vasim müəllim rəhbərlik edirdi.

1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim” mərhum akademiklərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. Tərcümənin nəşri ölkəmizdə islama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdi və “Qurani-Kərim”in dəqiq məzmunu barədə təsəvvür əldə etməyə imkan yaratdı. Qeyd etmək lazımdır ki, bu müqəddəs kitabın Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən cəhd olunsa da, bu iş yalnız 1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən həyata keçirildi. Üç cilddən ibarət tərcümə-təfsirin işıq üzü görməsində Azərbaycan xalqının fədakar oğlu Hacı Zeynalabdin Tağıyevin xidməti danılmazdır. 1908-ci ildə isə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisidə “Qurani-Kərim”in 2 cildlik tərcümə-təfsirini nəşr etdirib. “Qurani-Kərim” çox bəlağətli, fəsahətli bir dildə nazil olmuşdu. Əsrlərdən bəri Şərqin ensiklopedik biliklərə malik nüfuzlu alimləri Qurana şərhlər yazıblar, lakin müqəddəs kitabın bir çox ayələri öz əsrarəngizliyini qoruyub saxlamaqdadır. “Qurani-Kərim”in nazil olduğu ərəb dili öz leksik fonduna görə dünyanın ən zəngin dillərindən biridir. Qeyd olunan bu faktlar “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə prosesinin mürəkkəbliyinə dəlalət edir. Vasim müəllim akademik Ziya Bünyadovla birgə bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlib və Azərbaycan oxucusuna Allah kəlamını ən yüksək səviyyədə çatdıra bilib. Vasim müəllimin bu tərcüməyə yazdığı “Ön söz” və şərhlər öz elmi siqlətinə, nəzəri əhəmiyyətinə görə son dərəcə maraqlı bir əsərdir. “Ön söz”də əksini tapmış metodiki ideyalar “Qurani-Kərim”in tərcüməsində tam mənada gerçəkləşib. Məhz bunun sayəsində tərcümə oxucuların rəğbətini qazanıb və bir neçə dəfə nəşr olunub. Qeyd etmək yerinə düşər ki, müqəddəs kitabımızın bu tərcüməsi artıq 17 dəfə yenidən nəşr edilib.

Vasim müəllimin ərəb, fars, türk və bir sıra digər dilləri gözəl bilməsi, Şərq mədəniyyətinin nümunələri ilə yaxından tanış olması, İslam dünyasının böyük alimlərinin, mütəfəkkirlərinin, ədib və şairlərinin əsərlərini dərindən mənimsəməsi onun universal ensiklopedist alim kimi formalaşmağında mühüm rol oynayıb. Ərəb və fars dillərini mükəmməl bilməsi ona klassik şərq poeziyasının, xüsusilə Azərbaycan klassiklərinin poetik irsinin gözəl bilicisi kimi şöhrət gətirib. Onun təsəvvüf və irfanla bağlı fikirləri Şərq xalqlarının ədəbiyyatındakı mühüm problemlərin öyrənilməsini xeyli asanlaşdırır. Alimin Yaxın və Orta Şərqin korifeylərinin əsərlərini təhlil edən fikir və mülahizələri bir çox mübahisəli məqamlara aydınlıq gətirib. Əruz vəznini mükəmməl bilən V.Məmmədəliyev Azərbaycan divan ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini səlis şəkildə şərh edib. Akademik Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisi olub. O, dəfələrlə muğam gecələrində aparıcı olub, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış edib. Vasim müəllim Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmlərində görkəmli yer tutan, milli şərqşünaslıq elmimizə böyük töhfələr verən, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük alim olub.

O, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edib. İnstitutun Dissertasiya şurasının təşkil etdiyi müdafiələrdə böyük məmnuniyyətlə iştirak edən hörmətli akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəmirdi. Bu gün Vasim müəllim aramızda yoxdur. Şərəfli ömür yaşamış görkəmli akademik Vasim Məmmədəliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pit Heqset: ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırıb

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi olub

Serbiyalı tanınmış futbolçu Duşan Vlahoviç "Beşiktaş"a keçib

Almaniyada milyonlarla insan Günəş tutulmasını izləyib

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bayıl və Badamdar qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə olacaq

Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

“EkoSfera” Xəzərin ictimai müşahidəsi üçün yeni inklüziv metodologiya hazırlayıb

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi uğurla davam etdirilir

Türkiyə Prezidenti: Seçkilər fələstinlilər arasında barışığın təmin olunması üçün vacibdir

Bakıda avtobusda yanğın baş verib

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir ŞƏRH

UNEP rəsmisi: Xəzərin dayazlaşmasının nəticələrinə qarşı böyük layihə hazırlanır

Şəkidə 12 komanda intellektual bilik yarışında mübarizə aparıb

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf VİDEO

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf VİDEO

Xəzər dənizinin monitorinqi üçün yeni inklüziv layihəyə başlanılıb

Direktor: Gənclərin ideyalarını layihəyə çevirmələrinə dəstək göstərəcəyik

Beynəlxalq Gənclər Günü Binəqədidə geniş proqramla qeyd edilib

Oman sahillərində neft sızması böyüyür: 2 min kvadratkilometr ərazi əhatə olunub

"Fənərbağça" Romelu Lukakunun transferini açıqlayıb

“Sabah” klubu azarkeş insidenti ilə bağlı bəyanat yayıb

Zelenski: Dnepropetrovsk, Donetsk və Zaporojye vilayətlərinin 26 kəndi Ukraynanın nəzarətinə qaytarılıb

Bu saata olan əsas xəbərlər

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir

Almaniya hökuməti kəşfiyyat xidmətlərinin səlahiyyətlərini genişləndirən qanun layihəsini təsdiqləyib

FHN Kür çayında batan şəxsin axtarışlarına başlayıb

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir

Rusiyalıların payız səyahətlərində Azərbaycan ilk beşlikdə

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

“DOST Müfəttiş” layihəsi işəgötürənlərə necə dəstək göstərir?

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH

Birinci ixtisas qrupunda 20 min 150 plan yeri ayrılıb

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb

Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının qalibləri mükafatlandırılıb

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH

Ukrayna millisinin futbolçusu zədəsini sağaldıb, “Qarabağ”a qarşı oynaya bilər

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə

Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır ŞƏRH

Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

At belində keçən ömür: 72 yaşlı “Dağlar qızı” yenidən Kəlbəcər yaylaqlarında – REPORTAJ VİDEO

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər

Ukrayna və Moldova dəmir yolu tranziti üzrə mühüm razılığa gəliblər

Taksi sürücüsü olmaq istəyənlər üçün sentyabrın 17-də keçiriləcək imtahana qeydiyyat elan edilir

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

Xaçmazda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazan üç nəfər saxlanıldı

Azərbaycanda oynayan israilli futbolçu: “Sabah” – “Hapoel” matçında şanslar bərabərdir

Sevinc Əliyeva: Gənc nəslin dil vərdişlərinin formalaşmasında mütaliə mühüm amildir

® DSX işçilərinə - Xüsusi təklif

Ağdaşdakı heyvan satışı bazarının fəaliyyəti bərpa olunub VİDEO

Ağdaşdakı heyvan satışı bazarının fəaliyyəti bərpa olunub VİDEO

Kapital bazarının inkişafı üzrə görülmüş işlər nəzərdən keçirilib

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Çexiyada ekstremal quraqlıq məhsul itkisi təhlükəsi yaradır

“Dinamo”nun baş məşqçisi: “Qarabağ”la oyun gərgin və maraqlı alınacaq

Heydər Əliyev Beynəlxalq Aeroportu karbon idarəçiliyində növbəti mərhələnin prioritetlərini müəyyənləşdirir

Naxçıvanda iqtisadi potensialın və regional imkanların reallaşdırılması əsas hədəfdir ŞƏRH

Bundesverin obyektləri yaxınlığında yüzlərlə dron uçuşu qeydə alınıb

“Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı”nın bu il üzrə seçim mərhələsi yekunlaşıb

Bu il neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 33 faizi ötüb

Türkiyənin Yalova vilayətində təlim təyyarəsi qəzaya uğrayıb

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Koxlear implantlı uşaqların adaptasiyasına dəstək göstərilib, valideynlər maarifləndirilib

V ixtisas qrupu üzrə abituriyentlər üçün kitabça təqdim edilib

“Neftçi” iki basketbolçu ilə müqaviləni yeniləyib

Luka Arbau: Avropa orta dünya göstəricisindən daha sürətlə istiləşir

“Şəfa” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Azərbaycan güləş yığmalarının U-20 dünya çempionatı üçün heyəti bəlli olub

® “Leobank Uşaq Kart”ı istifadəçilərinin sayı 20 minə çatıb!

Şahin Diniyev: “Hapoel” Serbiya nəhəngini məğlub edibsə, bu komandadan çəkinməyə dəyər

Xalq artisti: Azərbaycan dilinin qorunması milli kimliyin qorunması deməkdir

Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi yeni əlaqələrin inkişafı üçün daha əlverişli şərait yarada bilər - ŞƏRH

Türkiyə millisinin hücumçusu İspaniyaya qayıdır

Əməyin təhlükəsizliyi sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Prezidentin Naxçıvana səfəri uzunmüddətli inkişaf xəttinin praktik mərhələyə keçdiyini göstərir - ŞƏRH

Naxçıvanın çoxşaxəli transformasiyası - strateji təşəbbüslər və yeni hədəflər ŞƏRH

Bilal Bağış: Azərbaycan Orta Dəhlizin əsas tranzit ölkəsi və logistika körpüsüdür

İrakli Kobaxidze: Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji əlaqələrin daha da gücləndirilməsi vacibdir

Ekspert: “Deepfake” risklərinin qarşısını almaq üçün rəqəmsal savadlılıq artırılmalıdır

Azərbaycanın sumo millisi Yaponiyada hazırlıq keçib

Ağdərə və Xocalı sakinləri sosial müdafiə və mina təhlükəsi barədə maarifləndiriliblər

Memar: Möminə xatun türbəsində aparılan bərpa işlərində əsas prinsip abidənin orijinallığının qorunmasıdır

Gələn il qlobal neft tələbatının gündəlik 105,7 milyon barel olacağı gözlənilir

Brüsseldə Günəşin tutulmasını müşahidə etmək üçün hazırlıqlar yekunlaşıb

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir

Ötən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,75 milyon barelə çatıb

Fransada 68 yaşlı fəala hücumun edilməsi ilə bağlı araşdırma başlayıb

Dünya çempionatında iştirak edəcək Azərbaycan cüdoçularına tövsiyələr verilib

Ötən ay Azərbaycanın gündəlik neft hasilatı 440 min barel olub

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib

“Qədim Şabran” abidəsində nadir tikili və saxsı borularla çəkilən su xətti aşkarlanıb VİDEO

“Qədim Şabran” abidəsində nadir tikili və saxsı borularla çəkilən su xətti aşkarlanıb VİDEO

Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilir: yeni generasiya gücləri ixrac imkanlarını da artıracaq VİDEO

Naxçıvanın enerji təhlükəsizliyi gücləndirilir: yeni generasiya gücləri ixrac imkanlarını da artıracaq VİDEO

Aysel Hüseynova: Möminə xatun türbəsi orta əsr Şərq memarlığının nadir sənət nümunəsidir

“Mançester Siti” argentinalı qapıçını transfer edib

Zelenski hərbçi soydaşlarımızı təltif edib

Professor: Azərbaycan dilində norma pozuntuları xüsusilə media və sosial şəbəkələrdə artır VİDEO

Professor: Azərbaycan dilində norma pozuntuları xüsusilə media və sosial şəbəkələrdə artır VİDEO

İyulda qlobal neft tədarükü sutkada 101,5 milyon barelə yüksəlib