Şərurun Təzəkənd avtomobil yolunda əsaslı təmir işləri aparılır VİDEO
Naxçıvan, 20 may, AZƏRTAC
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Şərur rayonunun Təzəkənd avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, uzunluğu 6,3 kilometr olan yolun 4,5 kilometrlik hissəsinə artıq ikinci qat asfalt örtüyü verilib.
Hazırda yolun digər hissəsində tikinti, infrastruktur işləri davam etdirilir.