Səudiyyə Ərəbistanı 850 hindistanlı məhbusu azadlığa buraxacaq
Bakı, 21 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı bu ölkənin həbsxanalarında cəza çəkən 850 hindistanlı məhbusu azadlığa buraxacaq.
AZƏRTAC “Aljazeera” telekanalına istinadla xəbər verir ki, bu barədə ötən gün Dehlidə səfərdə olan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Hindistanın Baş naziri Narendra Modi ilə görüşündən sonra bildirib.
2019-cu ilin yanvarına olan məlumata görə, Səudiyyə Ərəbistanın həbsxanalarında 2 224 hindistanlı məhbus var. Onların əksəriyyəti qətl, oğurluq, qarət, narkotik maddə və alkoqollu içkilərdən istifadə, rüşvətvermə maddələri ilə məhkum olunublar.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana səfəri zamanı da 2 100 pakistanlı məhbusun azadlığa buraxılması barədə əmr verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]