SƏUDİYYƏ ƏRƏBİSTANINDA DAHA BİR TERROR AKTI
Terrorçular maşınla Səudiyyə Ərəbistanında müxtəlif şirkətlərdə işləyən ABŞ və Böyük Britaniya vətəndaşlarının yaşadığı mehmanxanaya yaxınlaşmışlar. Onların ikisi maşından düşəndən sonra partlayış baş vermişdir. Polisin açdığı atəşlə sağ qalmış terrorçulardan biri öldürülmüş, ikincisi isə yaralı vəziyyətdə yaxalanmışdır.
İlkin məlumata görə, partlayış nəticəsində bir neçə ABŞ və Böyük Britaniya vətəndaşı həlak olmuşdur.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında ABŞ vətəndaşlarına qarşı son terror aktı aprelin 21-də Ər-Riyadda törədilmişdi. O zaman kamikadze terrorçunun özünü partlatması nəticəsində 9 nəfər həlak olmuş, 148 adam yaralanmışdı.