Səudiyyə Ərəbistanında dünyada ən iri qadın universiteti açılmışdır
Bakı, 16 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, mayın 15-də Səudiyyə Ərəbistanı Kralı Abdalla ibn Abdel Əziz, monarx ailəsi nümayəndələri və hökumət üzvləri şahzadə Nora bint Abdel Rəhmanın dünyada ən iri qadın universitetinin açılışı mərasimində iştirak etmişlər. Belə bir universitetin yaradılması ölkənin zəif cins nümayəndələrinin ali təhsilinin keyfiyyətinin yüksəldilməsi yolunda ciddi addım olmuşdur.
Krallığın paytaxtı Ər-Riyadın yaxınlığında yerləşən tədris müəssisəsinin inşasına 5 milyard dollar sərf edilmişdir. 50 min tələbənin təhsil ala biləcəyi universitetin ərazisi 800 hektardan çoxdur. Ərazidə monorelsin istifadəyə verilməsi nəzərdə tutulur, lakin burada tələbələr əsasən mini-elektromobillərlə hərəkət edəcəklər.
Universitetin rektoru Xoda-al-Amil qeyd etmişdir ki, bu ali təhsil müəssisəsi 3 ildən az müddətdə inşa edilmişdir. O demişdir: “Bizim üçün olduqca vacib olan bu tədris müəssisəsinə görə, ölkə Kralına minnətdarıq. Universitet şübhəsiz, burada çalışan əməkdaşları və tələbələri uğurlu tədris fəaliyyətinə ruhlandıracaqdır”.
Ali təhsil müəssisəsinin administrasiyası ilk günlərdən ətraf mühitin mühafizəsi siyasətinə riayət etmək niyyətindədir. Tezliklə ərazidə günəş batareyaları quraşdırılacaq, kağız tədris vəsaitləri və sənədlər elektron daşıyıcılar və qurğularla əvəzlənəcəkdir.
YUNESKO-nun məlumatına görə, Səudiyyə Ərəbistanının 7 universitetinin 130 min tələbəsinin 58 faizi qadınlardır. Krallıq hökuməti hər il təhsilə 40 milyard dollar ayırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:24]
İraq OPEC üzrə istehsal kvotasının artırılmasını tələb edir
- 09.09.2026 [16:24]
Türkiyənin Atatürk Universiteti öz süni intellekt sistemini yaradıb
- 09.09.2026 [15:41]
Şahzadə Uilyam Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak edir
- 09.09.2026 [15:35]
Britaniyada yüzlərlə aviareys ləğv edilib
- 09.09.2026 [14:08]
ABŞ-nin borcu İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyədədir VİDEO
- 09.09.2026 [12:53]