Səudiyyə Ərəbistanının Kralı idman və əyləncə layihələrinə 23 milyard dollar ayırıb
Bakı, 19 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyadda dörd idman-əyləncə layihəsinə 23 milyard dollar ayırıb.
AZƏRTAC Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadla xəbər verir ki, layihələr park, idman və incəsənət obyektlərinin tikintisini nəzərdə tutur. Kral Salman bin Əbdüləziz Al Səud bu sərəncamı ilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüslərini dəstəkləyib.
Layihələrin arasında ən böyüyü 7,5 milyon ağacın əkiləcəyi və geniş abadlıq işlərinin aparılacağı “Yaşıl Ər-Riyad” proqramıdır. Bu tədbirlər paytaxtın yaşıl sahəsini 1,5 faiz artırmağa və 2030-cu ilədək 541 kvadratkilometrə çatdırmağa imkan verəcək.
Digər mühüm layihə isə şəhərin mərkəzində böyük “Sports Boulevard” sağlamlıq-istirahət mərkəzidir. Burada 135 kilometr uzunluğunda velotrek, müxtəlif idman növləri üzrə obyektlər tikiləcək. Mərkəz paytaxt əhalisinin bütün təbəqələri üçün nəzərdə tutulub.
Daha bir layihə “Riyadh Art” incəsənət mərkəzidir. Burada dünyanın ən böyük “divarsız açıq hava qalereyası”, konsert salonları tikiləcək.
Bütün obyektlərin tikinti işləri cari ilin ikinci yarısında başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]