Seul Pxenyanı Şimal və Cənub arasında rabitə kanallarını saxlamağa çağırıb
Bakı, 9 iyun, AZƏRTAC
Koreya Respublikası KXDR-i iki ölkə arasında mövcud olan rabitə kanallarını bağlamamağa çağırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlər üçün Seulda keçirilən brifinqdə deyib.
“Şimal və Cənub arasında telefon xətləri əlaqə yaratmaq üçün əsas alətdir və onlar əldə olunan razılaşmaya əsasən saxlanılmalıdır”, - deyə məmur bildirib. Onun sözlərinə görə, Seul bundan sonra da tərəflər arasında əldə olunan bütün sazişlərə əməl edəcək və Koreya yarımadasında sülhün bərqərar olunması üçün səy göstərəcək.
Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) bu gün belə bir barədə məlumat yayıb ki, KXDR hakimiyyəti qarşı tərəfin ictimai təşkilatlarının Şimala təbliğat vərəqələri göndərməsinə cavab olaraq yaxın zamanlarda Cənubi Koreya ilə bütün rabitə xətlərini bağlayacaq.
Cənubi Koreyanın Birləşmə Nazirliyi son hadisələr fonunda KXDR tərəfinin Kesson şəhərində yerləşən koreyalararası ofisə edilən zənglərə cavab vermədiyini bildirib. Koreya Respublikası Milli Müdafiə Nazirliyi də KXDR Silahlı Qüvvələrinin komandanlığı ilə əlaqə saxlaya bilmədiyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [11:06]
Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı
- 09.10.2026 [11:04]
İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib
- 09.10.2026 [09:34]
Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib
- 09.10.2026 [09:05]
İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
- 09.10.2026 [07:49]
“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər
- 09.10.2026 [06:44]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]