Seulda VII Ümumdünya İnformasiya və Kommunikasiya Sammiti işə başlamışdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Koreya Respublikasının paytaxtı Seul şəhərində VII Ümumdünya İnformasiya və Kommunikasiya Sammiti işə başlamışdır. “Ağıllı cəmiyyət və mobil inqilab” şüarı altında keçirilən builki sammitdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə telekommunikasiya və müasir texnologiyalar, eləcə də rəqəmli mühitdə yeni imkanlar barədə müzakirələr aparılacaqdır. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri təcrübə və fikir mübadiləsi aparacaqlar.
E.Vəlizadə tədbirdə Azərbaycanda informasiya texnologiyalarının inkişafı haqqında təqdimatla çıxış edəcəkdir.
Sammitə gələn qonaqlar, həmçinin Koreya Respublikasının informasiya texnologiyaları sahəsinin ən iri tədbiri olan “World IT Show 2011” sərgisinin ekspozisiyası ilə tanış olacaqlar. Builki sərgidə simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, simsiz LAN-texnologiyaları nümayiş olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:23]
Baş katib: Azərbaycan bərpaolunan enerjiyə fəal investisiya yatırır
- 09.09.2026 [13:11]
TDT-nin Yaşıl Maliyyə Şurası əməkdaşlıq üzrə gündəliyini genişləndirib
- 09.09.2026 [13:06]
“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb
- 09.09.2026 [13:04]
Azərbaycan İtaliyaya neft tədarük edən ölkələr siyahısında ilk üçlükdədir
- 09.09.2026 [12:57]
“Brent” neftinin qiyməti 100 dolları ötüb
- 09.09.2026 [12:47]