“Shamkir Chess 2017” turnirinin IV turunda Azərbaycan şahmatçıları qarşılaşıblar
Bakı, 24 aprel, AZƏRTAC
Vüqar Həşimovun xatirəsinə həsr olunan və “Synergy Group”un təşkilatçılığı ilə keçirilən “Shamkir Chess 2017” beynəlxalq şahmat turnirində IV turun görüşləri davam edir.
AZƏRTAC xəbər verir ki, turun ilk görüşündə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov ilə Teymur Rəcəbov qarşılaşıblar. Zəka ustalarımızın qarşılaşmasında heç-heçə qeydə alınıb.
Rusiya təmsilçisi Sergey Karyakin ilə Polşa şahmatçısı Radoslav Voytaşek də partiyanı heç-heçə başa vurublar.
Dördüncü turda Rusiyanın digər təmsilçisi Vladimir Kramnik hindistanlı Pentala Harikrişna ilə gücünü sınayır. İngiltərəli Mayk Adams bu turda Ukrayna təmsilçisi Pavel Eliyanov, Veselin Topalov (Bolqarıstan) isə ABŞ şahmatçısı Uesli So ilə mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]
Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb
- 16.06.2026 [14:18]
“Gəncə” üç voleybolçu ilə vidalaşıb
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]