Siciliyadakı Etna vulkanının aktivliyi artmışdır
Bakı, 12 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Siciliyadakı Etna vulkanı yenidən aktivləşmişdir.
Keçən gecə və mayın 12-də səhər vulkan ətrafındakı ərazidə qaynar lava fontanları yaranmışdır, yerin altından güclü uğultu eşidilir, “od püskürən dağ” üzərində kül topaları Kataniya şəhərinə və vulkandan cənubda yerləşən yaşayış məntəqələrinə çatmışdır.
Milli Geofizika və Vulkanologiya İnstitutunun (MGVİ) verdiyi məlumata görə, Etnanın şərq yamaclarında yeni mini-krater yaranmışdır. MGVİ-nin cihazları kraterin əsas hissəsində - onun cənub-şərq tərəfində yerin titrəməsinin artmaqda olması qeydə alınır.
Yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə bu gün Kataniya aeroportunu bağlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:53]
Avropada qazın qiyməti son 3 ilin maksimumuna yüksəlib
- 09.09.2026 [12:39]
Fransada yanğınsöndürənlər tətilə başlayıblar
- 09.09.2026 [12:27]
BMT: Təhsil müəssisələrinə hücumların sayı rekord həddə çatıb
- 09.09.2026 [11:59]
Çində sabiq qubernator 21,8 milyon dollarlıq rüşvətə görə edam olunacaq
- 09.09.2026 [11:30]