SİMA mobil tətbiqi 300 mindən çox istifadəçi tərəfindən yüklənilib
Bakı, 13 aprel, AZƏRTAC
“AzInTelecom” MMC-nin yeni nəsil gücləndirilmiş rəqəmsal imza - SİMA mobil tətbiqi 300 mindən çox istifadəçi tərəfindən yüklənilib.
AZƏRTAC xəbər verir ki, bu barədə MMC-nin İdarə Heyəti sədrinin müşaviri Sadiq Yolçuyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda tədbirdə deyib.
Bildirib ki, yaxın günlərdə sahibkarlar üçün SİMA rəqəmsal imzanın istifadəyə verilməsi nəzərdə tutulur. “AzInTelecom” MMC həyata keçirdiyi innovativ layihələr, təqdim etdiyi məhsul və xidmətlər çərçivəsində Azərbaycanın və regionun dördüncü sənaye texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyasını sürətləndirməkdə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:34]
Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir
- 06.10.2026 [11:09]