Şimali Koreyaya humanitar yardım üçün BMT-nin 146,7 milyon dollara ehtiyacı var
Pekin, 8 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Koreya Xalq Demokratik Respublikasına (KXDR) humanitar yardımlar, o cümlədən yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün 146,7 milyon ABŞ dollarına ehtiyacı var.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi ofisi məlumat yayıb. Bildirilir ki, 39,7 milyon dollar Şimali Koreyada COVID-19 infeksiyasının yayılması ilə mübarizəyə, qalan 107 milyon dollar isə digər istiqamətlərdə humanitar yardım üçün lazımdır.
KXDR ölkədə yeni növ koronavirusa yoluxma baş vermədiyini açıqlasa da, müşahidəçilər bu məlumatın doğru olmaya biləcəyini, ona görə də Şimali Koreyaya virusla mübarizə üçün yardım gərəkliyini bildirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]