Şimali Makedoniyada prezident seçkilərinə səsvermə başa çatıb
Ankara, 5 may, AZƏRTAC
Şimali Makedoniya Respublikasında prezident seçkilərinə keçirilən səsvermənin ikinci turu yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 21.00) başa çatıb.
AZƏRTAC Şimali Makedoniyanın Dövlət Seçki Komissiyasının rəsmi saytına istinadla xəbər verir ki, 12 saat davam edən səsvermədə seçicilərin təxminən 45 faizi səsvermədə iştirak edib.
Seçicilər Stevo Pendarovski və Gordana Silyanovska arasında seçim ediblər. İlkin məlumata görə, Stevo Pendarovski rəqibini ən azı 15-20 faiz səslə üstələyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]