Şirin Məlikova: Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda 18 mindən çox eksponat qorunur
Bakı, 12 may, AZƏRTAC
Bu il yaranmasının 90 ili tamam olan Azərbaycan Milli İncəsənət Muzeyi 18 mindən artıq eksponatı özündə birləşdirən zəngin fonda malikdir. Muzey fondu “Rəngkarlıq”, “Qrafika”, “Heykəltaraşlıq”, “Tikmə”, “Metal”, “Arxeoloji keramika və çini” adlı altı əsas kolleksiyadan ibarətdir. Burada Azərbaycan incəsənətinin çox böyük bir kolleksiyası - rəngkarlıq, qrafika, heykəltaraşlıq, müxtəlif dövrlərə aid dekorativ-tətbiqi sənət nümunələri, həmçinin Qərbi Avropa, rus və Şərq ölkələri incəsənəti təqdim edilir. Muzey rus avanqardı və XVI-XX əsrlərə aid Qərbi Avropa rəssamlığının maraqlı kolleksiyasına malikdir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova deyib.
O bildirib ki, muzeyin Azərbaycan incəsənətinə aid ekspozisiyasının müasir muzey standartlarına uyğun tamamilə yenilənməsi, milli təsviri sənətinin görkəmli nümayəndələrinin fərdi yubiley və retrospektiv sərgilərinin keçirilməsi son illərin diqqətçəkən hadisələri sırasındadır.
“Ötən iki ildə muzeydə “Azərbaycan incəsənət xəzinəsi”, “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” və “Altmışıncılar nəsli: konformizimdən kənar Azərbaycan incəsənəti” adlı daimi ekspozisiyalar və Azərbaycan təsviri sənətinin Mirzə Qədim İrəvani, Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tofiq Cavadov kimi klassik simalarının yubileylərinə həsr olunmuş sərgilər təşkil
Müxbir – Gülay Nəzərova