ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ HAKİMLƏRİNİN TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Aşağıdakı şəxslər Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Əkbərov Kamran Hüseyn oğlu,
Hacıqayıbov İmran Teymurxan oğlu,
Zeynalov Zeynal Ağabala oğlu.
II. Bu Qərarın birinci hissəsində göstərilən hakimlərin səlahiyyət müddəti “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun keçid müddəalarının 8-ci bəndinə uyğun müəyyən edilir.
III. Bu Qərar 2008-ci il avqustun 1-dən qüvvəyə minir.
O.Əsədov
Azərbaycan Respublikası
Milli Məclisinin sədri
Bakı şəhəri, 13 iyun 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]