ŞİRVAN AŞIQLARININ KONSERTİ KEÇİRİLƏCƏKDİR
Birlikdən AZƏRTAC-ın müxbirinə demişlər ki, konsertdə Göyçayın, Ucarın, Kürdəmirin, Zərdabın, Qobustanın, Şamaxının 10 ən tanınmış aşığının həyat və yaradıcılığı barədə tamaşaçılara geniş məlumat veriləcək, onların ifasında qədim el və saz havaları səslənəcək, deyişmələr eşidiləcəkdir.
Azərbaycanın tanınmış şair və yazıçıları, mədəniyyət xadimləri mərasimə dəvət olunacaqlar.