REGİONLAR
Şirvan sakinindən narkotik maddə götürülüb
Şirvan, 13 fevral, Mahir Babayev, AZƏRTAC
Şirvan sakinindən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, şəhər polis şöbəsinin narkotiklə mübarizə qrupunun əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elvin Abduləzizov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 3 qram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin E.Abduləzizova məxsus mağazadan da 864,57 qram marixuana aşkar edilib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.