Şirvan və Masallı EŞ müəssisələri üzrə ödəniş artmışdır
Bakı, 16 may (AZƏRTAC).“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, aprel ayında Şirvan Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində istehlakçılara 16,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi ötürülmüşdür. Ümumi ödəniş ötən ayların debitor borcu da nəzərə alınmaqla 107 faizə yaxın olmuşdur. Bu, ötən ilin eyni dövründəki ödənişdən 2,8 faiz çoxdur. Daimi əhali istehlakçı qrupu üzrə 2,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ödəniş ötən ayların debitor borcu da nəzərə alınmaqla 112 faiz təşkil etmişdir. Bu, ötən ilin eyni dövründəki ödənişdən 2,1 faiz çoxdur.
Masallı EŞ müəssisəsində 7,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmiş, elektrik enerjisi dəyərinin 96 faizə yaxın hissəsi ödənilmişdir. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq təqribən 11,1 milyon kilovat-saat və 64 faiz olmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 3,6 milyon kilovat-saata yaxın azalmış, ödənişdə mütləq artım 1 faiz təşkil etmişdir. Daimi əhali istehlakçı qrupunda istehlak 5,5 milyon kilovat-saatdan artıq olmuşdur. Bu, ötən ilin eyni dövründəki göstəricidən 3,4 milyon kilovat-saata yaxın azdır. Ödəniş 2010-cu ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 93 faizə yaxın olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:36]
Azərbaycanla Dünya Bankının yeni layihə təşəbbüsləri nəzərdən keçirilib
- 09.09.2026 [15:54]
® ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
- 09.09.2026 [15:49]
® “Birbank Taksit” kartı sentyabrda daha çox qazandırır: 3 faiz əlavə bonus
- 09.09.2026 [15:18]