Sivasda Türkiyənin taleyini müəyyənləşdirən tarixi konfransın 100 illiyi qeyd olunub
Ankara, 5 sentyabr, AZƏRTAC
Türkiyə Respublikasının qurulmasının hüquqi təməli sayılan Sivas Konfransının 100 illik yubileyi münasibəti ilə həmin şəhərdə təntənəli mərasim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin ali rəhbər şəxsləri, dövlət və hökumət nümayəndələri, siyasi partiya sədrləri, ölkənin görkəmli simaları, Sivas ictimaiyyətinin təmsilçiləri mərasimdə iştirak ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və digərləri çıxışlarında Sivas Konfransının məqsəd və vəzifələrindən, müasir Türkiyənin inkişaf istiqamətlərindən və siyasi hədəflərindən danışıblar. Diqqətə çatdırılıb ki, sivaslılar sözügedən tarixi konfransa mətanətlə ev sahibliyi edərək Türkiyə dövlətinin qurulmasında öndə gediblər.
Qeyd edək ki, 1919-cu il sentyabrın 4-də qazi Mustafa Kamal Atatürk və onun yaxın silahdaşlarının iştirakı ilə işə başlayan Sivas Konfransı türk xalqının öz vətəni və dövləti üçün ortaya qoyduğu milli iradəni, birlik və mübarizə əzmini dünyaya nümayiş etdirib. Sentyabrın 11-dək davam edən konfrans Türkiyə xalqı üçün həyati əhəmiyyət daşıyan tarixi qərarlara imza atıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]