Azərbaycan Dövlət İnformasiya Agentliyi

“SİYASİ OLİMPƏ DOĞRU” KİTABININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR

Oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına ədəbiyyat muzeyində son beş ildə “525-ci qəzet”də siyasi xadim İlham Əliyevin fəaliyyətindən bəhs edən məqalələrin, analitik materialların, şərhlərin toplandığı “Siyasi olimpə doğru” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.

Mərasimi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq dedi ki, beş il əvvəl-1998-ci il oktyabın 29-da “525-ci qəzet”də ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyevin “Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır” sərlövhəli müsahibəsi dərc olundu. Müsahibə həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatında geniş əks-səda doğurdu. Bu həmin dövr idi ki, respublikamızda prezident seçkiləri yenicə başa çatmışdı. Müxalifət yenə də öz qüvvələrinin sıx birləşdirilməsi istiqamətində fəaliyyət göstərməyə başlamışdı. Həmin vaxt ölkəmizin gələcəyinə, Azərbaycanda baş verən ictimai-siyasi proseslərə, müxalifət liderlərinə münasibət əks etdirən müsahibənin dərc olunması müxalif dairələrdə böyük narahatlıq yaratdı.

Natiq vurğuladı ki, respublikamızın müstəqil politoloqları, siyasətçiləri müsahibədə toxunulmuş məsələləri ətraflı müzakirə etdilər, öz fikirlərini bildirdilər. Oxuculara təqdim olunan bu kitaba həmin məşhur müsahibədən başlayaraq son beş il ərzində “525-ci qəzet”də İlham Əliyevin fəaliyyəti ilə bağlı dərc olunan yazılar toplanmışdır. Lakin 5 il keçməsinə baxmayaraq müsahibədə toxunulan həmin fikirlər bu gün də aktualdır.

Kitabın redaktoru R.Məcid dedi ki, bu topluda təkcə siyasətçilərin deyil, həm də tanınmış ziyalıların, hüquqşünasların, sadə adamların müxtəlif vaxtlarda İlham Əliyevin fəaliyyəti ilə bağlı fikirlərini əks etdirən materialları da verilmişdir.

Muzeyin direktoru, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı, kitaba “Ön söz”ün müəllifi Rəfael Hüseynov dedi ki, oktyabrın 28-də Azərbaycanın tarixində, millətimizin və dövlətimizin həyatında çox vacib hadisə baş verdi. Ölkəmizin prezidenti seçilmiş İlham Əliyevin prezidentlik səlahiyyəti Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildi. Oktyabrın 28-dən İlham Əliyev Azərbaycanın rəhbəridir. Millətimiz bunun nə qədər əhəmiyyətli hadisə olduğunu yaxın gələcəkdə görəcəkdir. Mən XXI əsrdə ilk Prezidentimizə uğurlar arzulayıram və bu münasibətlə sizi təbrik edirəm.

“525-ci qəzet”in Azərbaycan mətbuatında öz yeri olduğunu vurğulayan natiq bildirdi: Təsadüfi deyil ki, İlham Əliyevlə həmin məşhur müsahibəni başqası deyil, məhz zamanın ab-havasını, nəbzini tutmağı bacaran “525-ci qəzet” verdi. İndi isə ötən 5 il ərzində İlham Əliyevlə bağlı verilmiş yazıları bir kitab halında oxuculara təqdim edir. Toplunu başqalarından fərqləndirən cəhət budur ki, kitabı bır adam yazmayıb. Bu kitabda çox müəllifin imzası vardır. Həm də bu toplu bir ilin yox, beş ilin məhsuludur. Ona görə də, kitab 5 il ərzində baş verən hadisələrin salnaməsidir. Həm də bu kitab mövqe dəyişilməzliyinin ifadəsidir. Buradakı yazıları izləyənlər görürlər ki, 1998-ci ildən bu günə qədər - Azərbaycan Prezidenti kürsüsünə yüksələnə qədər İlham Əliyevin mövqeyi, tutduğu xətt, yürütdüyü siyasət nə qədər dəyişməz olub.

Eyni zamanda, bu kitab həm də “525-ci qəzet”in mövqe sabitliyini əks etdirir. Son beş ildə çox qəzetlərin, siyasətçilərin mövqeyi dəyişib. Çox mürəkkəb bir zaman içərisində yaşayan, çaşmadan, sifətini dəyişmədən hadisələrə obyektiv qiymət vermək çətin məsələdir. Amma bütün çətinliklərə baxmayaraq, “525-ci qəzet” özünün sağlam mövqeyini qoruyub saxlaya bilmişdir. XVIII əsrin məşhur fransız filosofu Klod Adrian Helvetsi demişdir ki, kitablar da adamlara bənzəyir. Adamlara yaxınlaşanda pis və ya yaxşı mühitə düşdüyün kimi, kitabları da mütaliə edəndə pis və ya yaxşı mühitə düşürsən. Təsəvvür edin ki, tam 5 il ərzində İlham Əliyevlə bağlı yazıların toplandığı bu kitab bizdə nə qədər xoş təəssüratlar yaradır. Amma adlarını çəkmək istəmədiyim bir sıra qəzetlər var ki, son beş ildəki fəaliyyətləri ancaq iqtidara qarşı iftiralardan, qarayaxmalardan ibarətdir.

Odur ki, gərək mətbuat cəmiyyət və insanlar qarşısında öz məsuliyyətini dərk etsin. Bü mənada mən deyərdim ki, “525-ci qəzet” xalqı, oxucusu qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmişdir. Bu kitabda İlham Əliyevin fəaliyyəti necə var, eləcə də öz əksini tapıb.

Natiq onu da xüsusi vurğuladı ki, Azərbaycan mətbuatının bir sira nümayəndələri ilə yanaşı, “525-ci qəzet”in əməkdaşları da Azərbaycan parlamentinin Avropa Şurasında təmsilçiləri ilə birlikdə olur, bizim oradakı fəaliyyətimizi ölkəmizdəki oxuculara çatdırırlar. Əminəm ki, qəzet gələcəkdə İlham Əliyevin Prezidentlik fəaliyyətinin beş illiyini də əks etdirən daha bir kitab hazırlayacaqdır. Ona da əminəm ki, İlham Əliyev bir Prezident kimi millətimizi və dövlətimizi qarşıdakı illərdə çox böyük yüksəkliklərə çatdıracaqdır. Bu, sadəcə, gəlişigözəl sözlər deyil, onun arxasında İlham Əliyevin fəaliyyəti dayanır. O, son illər bir neçə sahəyə rəhbərlik edib. Həmin sahələrin hamısında çox böyük uğurlar qazanılıb. Mən belə hesab edirəm ki, bu kitab andiçmə mərasimi ərəfəsində “525-ci qəzet”in, o cümlədən sağlam mətbuatın Prezident İlham Əliyevə ən gözəl hədiyyəsidir.

Milli Məclis Aparatı beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov “Siyasi olimpə doğru” kitabının işıq üzü görməsi münasibətilə mərasim iştirakçılarını təbrik etdi. Belə kitabların çap olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Dedi ki, cənab İlham Əliyev beynəlxalq aləmdə, müasir dünyamızda ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyevin siyasi kursunun davamçısıdır. Təsadüfi deyildir ki, təqdimatına toplaşdığımız bu kitabda İlham Əliyevin çoxsahəli fəaliyyətindən söz açılır. İlham Əliyevin fəaliyyətinin siyasi olimp adlandırılması da təbiidir. Onun siyasi olimpin zirvəsinə qalxaraq, Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın çox müdrik, vaxtında etdiyi bir seçimidir. İlham Əliyevin Prezident seçilməsi xalqımızın gələcəkdə daha da xoşbəxt olmasının qarantıdır.

Milli Məclisin deputatı Azər Kərimli dedi ki, topluda gedən yazılarda cənab İlham Əliyevin fəaliyyətinin son 5 ilindən söz açılır. Mənə belə gəlir ki, xalqımız İlham Əliyevin son 5 ildə gördüyü işləri nəzərə alaraq onu Prezident seçdi. Mənim kitabda bir müsahibəm var. Müsahibə İlham Əliyevin Avropa Şurasındakı fəaliyyətindən bəhs edir.

Natiq bildirdi ki, seçkiqabağı görüşlərdə qeyd olunduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafında İlham Əliyevin böyük rolu vardır.

Milli Məclisin deputatlarının, ədəbiyyat və sənət adamlarının iştirak etdikləri mərasimə R.Məcid və R.Hüseynov yekun vurdular.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir. Lavrov KTMT-də İrəvanın məsələsinə baxılacağını bildirib

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türkiyəli professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb